Bəşər Əsədin hakimiyyətdən getməsi ABŞ üçün artıq prioritet deyil

Bəşər Əsədin hakimiyyətdən getməsi ABŞ üçün artıq prioritet deyil
# 30 mart 2017 23:56 (UTC +04:00)

Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi ABŞ üçün artıq prioritet sayılmır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

“Əsədin uzaqlaşdırılması artıq ABŞ üçün prioritet sayılmır”, - deyə Xeyli jurnalistlərə bildirib. “Bizim prioritetimiz – Suriya xalqının güzəranını yaxşılaşdırmaq üçün nə edəcəyimizi, kiminlə çalışacağımızı real anlamaqdır”, - deyə Heyli qeyd edib.

“Əvvəlki administrasiyada olduğu kimi, fikrimizi Əsəd üzərində cəmləşdirə bilmərik”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR