Bank Of Baku

Boliviyada avtobus qəzası zamanı üç nəfər ölüb, 19-u yaralanıb

Boliviyada avtobus qəzası zamanı üç nəfər ölüb, 19-u yaralanıb
# 29 dekabr 2023 07:34 (UTC +04:00)

Boliviyanın La Paz departamentində avtobusun qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “La Razon” qəzeti yerli polisə istinadən məlumat yayıb.

Polis nümayəndəsinin sözlərinə görə, Alto Beniyə gedən sərnişin avtobusu təxminən 80-100 metr dərinlikdə olan dərəyə düşüb.

Qəzanın səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR