Boliviyada sərnişin avtobusu uçurumdan yuvarlanıb. Nəticədə 31 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Unitel” telekanalı məlumat yayıb.
Məlumata görə, avtobus 150 metr yüksəklikdən dərəyə düşüb, hadisənin səbəbləri araşdırılır. 10 yaralıdan ikisinin vəziyyəti ağırdır.