Bank Of Baku

Boliviyada avtobusun dağdan dərəyə aşması nəticəsində 11 nəfər ölüb

Boliviyada avtobusun dağdan dərəyə aşması nəticəsində 11 nəfər ölüb
# 30 yanvar 2022 02:38 (UTC +04:00)

Boliviyanın Koçabamba departamentində sərnişin avtobusunun dağ yolunda dərəyə aşması nəticəsində 11 nəfər ölüb, 7 nəfər yaralanıb.

APA “Correo del Sur”a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

İlkin məlumatlarına görə, qəza saat 3.00 radələrində baş verib.

“Kami 16 iyul” həmkarlar ittifaqına məxsus avtobus “Kami Mining Company”nin işçilərini daşıyırmış.

KİV-in məlumatına görə, sərnişinlər arasında şirkət rəhbərləri də olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR