Bolsonaro BMT-də COVID pasportlarının tətbiqinə qarşı çıxış edib

Braziliya Prezidenti Jair Bolsonaro

© APA | Braziliya Prezidenti Jair Bolsonaro

# 22 sentyabr 2021 04:20 (UTC +04:00)

Braziliya Prezidenti Jair Bolsonaro koronavirusa qarşı peyvənd edilməmiş insanların sərbəst hərəkətinin məhdudlaşdırılmasına qarşı olduğunu bildirib.

APA TASS-a istinadən xəbər verir ki, Bolsonaro bu barədə BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı deyib.

Əvvəllər bir neçə dəfə koronavirusa qarşı peyvəndə şübhə ilə yanaşdığını açıqlayan dövlət başçısı əlavə edib ki, hökuməti vaksinasiyanı dəstəkləyir, amma eyni zamanda sanitar pasportlara və peyvəndin məcburi şəkildə tətbiqinə qarşıdır.

"Pandemiyanın başlanğıcından etibarən həkimlərin profilaktik müalicə almaq hüququnu dəstəklədik. Keçən il koronavirus infeksiyasına yoluxmuş şəxslər sübut edilməmiş effektivliyi olan alternativ dərmanlarla müalicə olundu. Başa düşmürük, bir çox ölkələr, eləcə də əksər media bu cür müalicəyə qarşı çıxır. Tarix və elm buna cavabdeh olanları göstərəcək”, deyə Bolsonaro nitqini yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR