Paşha Bank
Bank Of Baku

Bolsonaro Braziliya prezident seçkilərinin birinci turunda mütləq çoxluğu itirib

Bolsonaro Braziliya prezident seçkilərinin birinci turunda mütləq çoxluğu itirib
# 05 oktyabr 2026 02:33 (UTC +04:00)

Sağçı Liberal Partiyasının namizədi, senator Flavio Bolsonaro Braziliyada keçirilən prezident seçkilərinin birinci turunda mütləq çoxluğu itirib.

APA xəbər verir ki, bu barədə Ali Seçki Məhkəməsi (Mərkəzi Seçki Komissiyasının funksiyalarını yerinə yetirir) məlumat yayıb.

Məlumata görə, elektron protokolların 64,81 faizi hesablandıqdan sonra Bolsonaro 49,58 faiz səs toplayıb.

Hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silva isə fərqi azaltmaqda davam edir və 42,25 faiz səslə ikinci yerdə qərarlaşıb. Ümumilikdə 79,3 milyondan çox səs hesablanıb.

Bolsonaronun nəticəsinin 50 faizdən aşağı düşməsi seçkinin qalibinin birinci turda müəyyənləşməyəcəyini rəsmən təsdiqləyir.

Beləliklə, namizədlər ikinci turda mübarizə aparacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR