Bank Of Baku

Rusiya Kiyevin körpüsünü vurub, 6 nəfər ölüb

Rusiya Kiyevin körpüsünü vurub, 6 nəfər ölüb
# 04 oktyabr 2026 11:19 (UTC +04:00)

Rusiyanın Ukraynaya endirdiyi yeni zərbələr nəticəsində azı 6 nəfər həlak olub, Kiyevin Şimal körpüsü isə zədələnib. Hücumdan sonra körpüdə nəqliyyatın hərəkəti dayandırılıb və paytaxtda ciddi tıxaclar yaranıb.

AP News xəbər verir ki, Kiyev meri Vitali Kliçko bildirdiyinə görə, zərbə körpünün yol örtüyünə və trolleybus xətlərinə ziyan vurub. Hadisə zamanı iki nəfər yaralanıb, onlardan biri qısa müddət xəstəxanada saxlanılıb. Rusiya Müdafiə Nazirliyi hücuma görə, məsuliyyəti təsdiqləyib və körpünün Ukrayna ordusunun hərbi logistikasında istifadə edildiyini iddia edib.

Bundan başqa, Xarkov və ətraf ərazilərə dron və idarəolunan bombalarla hücumlar nəticəsində 5 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Odessa vilayətində isə Rusiya zərbəsi zamanı Liberiya bayrağı altında üzən mülki yük gəmisində bir dənizçi həlak olub, üç nəfər yaralanıb.

Moldova Prezidenti Maya Sandu isə bildirib ki, Rusiya raket və dronları ölkənin hava məkanını pozub və onların bəziləri Moldova ərazisinə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR