Paşha Bank
Bank Of Baku

Hörmüz boğazında daha bir tanker vurulub

Hörmüz boğazında daha bir tanker vurulub
# 04 oktyabr 2026 12:58 (UTC +04:00)

Hörmüz boğazında tanker mərmi ilə vurulub.

APA AP-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Hücum nəticəsində tankerin mühərrik bölməsinə ziyan dəyib. Ekipaj üzvlərinin təhlükəsiz olduğu bildirilir.

Mərminin kim tərəfindən və nə zaman atıldığı hələlik məlum deyil.

Hörmüz boğazında gəmi hərəkəti müharibədən əvvəlki səviyyədən aşağı olaraq qalır. ABŞ Hərbi Dəniz Qüvvələrinin tankerlərin boğazdan keçidini müşayiət etməsi Körfəz ölkələrinin neft ixracını əvvəlki səviyyəyə yaxınlaşdırmasına imkan verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR