Braziliya Ukraynada sülhün əldə edilməsinə töhfə vermək niyyətindədir

Braziliya Ukraynada sülhün əldə edilməsinə töhfə vermək niyyətindədir
# 01 iyun 2024 04:57 (UTC +04:00)

Braziliya hakimiyyəti Ukraynada sülhün əldə olunmasına kömək etməyə hazırdır.

APA xəbər verir ki, bunu Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selsu Amorim "O Globo" qəzetinə müsahibəsində deyib.

“Biz əldə edilə bilən sülh sazişinə töhfə vermək istəyirik. Bu, yalnız hər iki tərəfi maraqlandıran, onların arasında dialoqu nəzərdə tutan məsələləri nəzərə alsaq mümkündür. Bunun hər iki tərəfin güvəndiyi ölkələrin dəstəyi ilə baş tutması daha məqsədəuyğun olardı”, - Amorim qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR