Braziliyanın Petropolis şəhərində güclü yağışın səbəb olduğu torpaq sürüşməsi və daşqın nəticəsində 94 nəfər həyatını itirib.
APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, ölənlərdən 8-i azyaşlıdır.
Xilasedicilər indiyə qədər dağıntılar altından sağ qalan 24 nəfəri çıxarıb.
Daha 35 nəfərin axtarışları davam edir. Axtarış işlərində 400 xilasedici, 200 polis əməkdaşı, o cümlədən hərbçilər və könüllülər iştirak edir. Ştatın qubernatoru Klaudio Kastru hadisə yerində olub.
Fövqəladə hallar xidmətlərinə 190-a yaxın sürüşmə və 230-a yaxın kiçik insident barədə məlumat daxil olub. 80 yaşayış binasına ziyan dəyib ki onlardan 54-ü tamamilə dağılıb.
***
03.55
Braziliyanın Petropolis şəhərində güclü yağışın səbəb olduğu torpaq sürüşməsi və daşqın nəticəsində 78 nəfər həyatını itirib.
APA Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Hazırda xilasedicilər dağıntılar altından sağ qalan 16 nəfəri çıxara biliblər. Axtarış işlərində 400 xilasedici, 200 polis əməkdaşı, o cümlədən hərbçilər və könüllülər iştirak edir.
Hadisə ilə əlaqədar Petropolis meriyası üç günlük matəm elan edib. Evlərini tərk edən 300-dən çox insan məktəblərə və sığınacaqlara yerləşdirilib.