Braziliyada yanğınsöndürmə təlimi zamanı mağaranın çökməsi nəticəsində 9 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə ölkənin Yanğınsöndürən Xidmətinin "Twitter" səhifəsində bildirilib.
Ribeyran-Preto bölgəsində keçirilən təlimə yanğınsöndürənlər və “Real Life” məktəbinin şagirdləri də daxil olmaqla 26 nəfər qatılıb.
Onlardan 3 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə xilas edilib. Daha 9 nəfərin itkin düşdüyü bildirilir.