Bank Of Baku

Braziliyada qayanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb - VİDEO - YENİLƏNİB

Braziliyada qayanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb - VİDEO  - YENİLƏNİB
# 09 yanvar 2022 18:44 (UTC +04:00)

Braziliyanın şərqində göldə qayanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

APA bildirir ki, bu barədə G1 xəbər portalı məlumat yayıb.

Daha əvvəl beş nəfərin öldüyü bildirilirdi.

Məlumatda bildirilir ki, ölənlərin sayı səkkizə çatıb, iki nəfər isə hələ də xəstəxanada qalıb.

***

Saat 02:46

Braziliyanın şimalında Furnaş gölünün kənarında qayanın uçması 5 nəfərin ölümünə səbəb olub.

APA-nın xəbərinə görə, hadisə nəticəsində azı 20 nəfər də itkin düşüb.

Sosial şəbəkədə yayılan videodan görünür ki, qaya parçası qoparaq qayıqların üzərinə düşüb. Bu zaman 2 qayıq suda batıb.
Hadisə yerinə dalğıclar cəlb olunub. Ölənlərin sayının artacağı istisna edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR