Braziliyada son sutka ərzində daha 43 033 nəfərin koronavirus infeksiyasına yoluxması, 990 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 20 151 779 nəfər yoluxub. Bu müddət ərzində 562 752 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 18 894 631 xəstə müalicə olunaraq sağalıb.