Braziliyada son sutka ərzində daha 48 504 nəfərin koronavirus infeksiyasına yoluxması, 1205 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 19 069 003 nəfər yoluxub. Bu müddət ərzində 532 893 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 17 530 369 xəstə müalicə olunaraq sağalıb.