İsveç NATO-ya üzvlük yolunun hələ başındadır.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Antoni Blinken ilə birlikdə mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, bu məsələyə dair yaxın zamanda mütəxəssislər səviyyəsində Daimi Komitənin 3-cü iclası keçiriləcək və ölkəsi bu istiqamətdə müsbət addımların atılmasını gözləyir.
“Türkiyənin F-16 tələbi ilə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə əlaqəli deyil və ABŞ Konqresinin onları əlaqəli olaraq göstərməməsi lazımdır. ABŞ administrasiyası güclü mövqe tutsa, F-16 məsələsi həll olunacaq. ABŞ administrasiyası qərarlı olsa, Konqresdəki maneəni aradan qaldıra bilər”, - deyə nazir vurğulayıb.
Nazir terrorla mübarizənin və ABŞ-nın Suriya ilə bağlı söz verdiyi vədləri yerinə yetirməyinin vacibliyini vurğulayıb.