Bank Of Baku

CENTCOM: ABŞ ordusu Oman körfəzində SEPAH-la əlaqəli qayığı məhv edib

CENTCOM: ABŞ ordusu Oman körfəzində SEPAH-la əlaqəli qayığı məhv edib
# 15 oktyabr 2026 02:17 (UTC +04:00)

Pentaqon ABŞ Silahlı Qüvvələrinin ötən həftə Oman körfəzində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli kiçik yelkənli qayığı zərərsizləşdirdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, oktyabrın 6-da İranla əlaqəli yelkənli qayıq, ABŞ hərbi gəmilərini izləməsi və onların hədəfə alınması üçün məlumat ötürməsi səbəbilə məhv edilib.

CENTCOM hadisənin iki helikopterdən endirilən raket zərbələri nəticəsində baş verdiyini əks etdirən video da yayımlayıb.

Komandanlıq onu da bildirib ki, qayıq məhv edilməzdən əvvəl ekipaj üzvləri təhlükəsiz şəkildə təxliyə olunub. Onların repatriasiyası istiqamətində işlər davam edir.

Pentaqonun iddiasına görə, SEPAH son yeddi ay ərzində regionun sularından keçən minlərlə mülki dənizçini və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini fərq qoymadan hədəfə almağa davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR