Səudiyyə Ərəbistanı və Suriya müdafiə nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanıb.
APA xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinin məlumatına görə, sənəd iki ölkə liderinin ər-Riyadda keçirilən görüşünün yekunlarına əsasən imzalanıb.
Bundan başqa, Səudiyyə Ərəbistanının Sənaye və Mineral Ehtiyatlar Nazirliyi ilə Suriyanın Sənaye, Daxili Ticarət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Suriya prezidenti Əhməd əş-Şaraa görüş zamanı ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Tərəflər Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi apararaq hərbi eskalasiyanın dünya iqtisadiyyatına və enerji təchizatına ciddi mənfi təsir göstərdiyini vurğulayıblar.
ər-Riyad və Dəməşq regional böhranların diplomatik yollarla həllinin və gərginliyin azaldılmasının vacibliyini qeyd ediblər.