Vaşinqton hesab edir ki, enerji daşıyıcılarının qıtlığı dünyada iqtisadi inkişafa mane olmamalıdır.
APA-nın xəbərinə görə bu barədə ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.
Sallivan əlavə edib ki, tələb və təklif arasındakı disbalans dünyadakı iqtisadi artıma mane olmamalıdır. Bunun üçün müvafiq addımlar atılmalı, təcili tədbirlər görülməlidir.
Müşavir bildirib ki, ABŞ Prezidenti Co Bayden enerji daşıyıcılarının qıtlığı ilə bağlı məsələni G20 sammitində dünya liderləri ilə müzakirə edəcək.