Bank Of Baku

Çikaqoda atışmalarda 7 nəfər həlak olub

Çikaqoda atışmalarda 7 nəfər həlak olub
# 02 sentyabr 2025 07:49 (UTC +04:00)

ABŞ-ın Çikaqo şəhərində həftəsonu 32 atışma baş verib, nəticədə 7 nəfər ölüb, 47 nəfər yaralanıb.

APA xəbər verir ki, bu haqda “ABC News” məlumat yayıb.

“Polisin məlumatına görə, Çikaqoda həftəsonu İşçi Bayramı zamanı azı 54 nəfər güllələnib, onlardan yeddisi ölüb”, - telekanalın saytındakı yazıda deyilir.

Şəhərin müxtəlif ərazilərində ən azı 32 atışma baş verib. Cümə axşamından başlayaraq bazar ertəsi günortaya qədər atəş səsləri eşidilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR