Bank Of Baku

Çili hökuməti Rusiya şirkətlərinə göndərilmiş dəvəti ləğv edib

Çili hökuməti Rusiya şirkətlərinə göndərilmiş dəvəti ləğv edib
# 06 mart 2022 08:42 (UTC +04:00)

Çili hökuməti Rusiya şirkətlərinə FİDAE hərbi və aerokosmik sərgidə iştirakla bağlı göndərdiyi dəvəti ləğv edib.

APA-nın xəbərinə görə, bu barədə Çilinin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukraynaya hücuma görə Çili hökuməti Rusiya şirkətlərinə 5-10 aprel tarixlərində keçiriləcək FİDAE aerokosmik sərgisində iştirak üçün göndərilmiş dəvəti ləğv edib.

Qeyd edək ki, FİDAE Latın Amerikasının ən böyük aerokosmik və hərbi sərgisi hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR