Bank Of Baku

 Çilidə prezident seçkilərinin nəticələri məlum olub

Qabriel Boriç

© APA | Qabriel Boriç

# 20 dekabr 2021 08:18 (UTC +04:00)

Çilidə prezident seçkilərinin ikinci turunda Qabriel Boriç qalib gəlib.

APA-nın xəbərinə görə, bülletenlər tam sayıldıqdan sonra məlum olub ki, solçu namizəd səslərin 56%-ni toplayıb. Onun rəqibi, sağçı Xose Antonio Kast seçicilərin 44%-nin etimadını qazana bilib.
Prezident seçkilərinin ikinci turunda seçici fəallığı 55% olub ki, bu da 2012-ci ildən sonra ən yüksək rəqəmdir.

35 yaşlı Boriç Çili tarixində ən cavan prezident hesab olunur. O həm də bütün dünyada ən gənc prezidentlər arasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR