Bank Of Baku

Çilinin keçmiş prezidenti helikopter qəzasında həlak olub, matəm elan edilib

Sebastyan Pinyera

© APA | Sebastyan Pinyera

# 07 fevral 2024 07:38 (UTC +04:00)

Çili hökuməti ölkənin keçmiş prezidenti Sebastyan Pinyeranın ölümünü təsdiqləyib və milli matəm elan edib.

APA xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Karolina Toa bildirib.

"Prezident Qabriel Boric dövlət dəfn mərasiminin keçirilməsi və milli matəm elan edilməsi ilə bağlı göstəriş verib", - o, mətbuat konfransında deyib.

Toa bildirib ki, keçmiş prezident gölə düşən helikopterin göyərtəsində olub.

Ümumilikdə göyərtədə 4 nəfər olub, onlardan yalnız Pinyera qəzada ölüb.

Hərbçilər qəza yerinə çatıb, eks-prezidentin cəsədini tapa biliblər.

Sebastyan Pinyera iki dəfə - 2010-2014 və 2018-2022-ci illərdə Çilinin prezidenti olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR