Rusiyada keçmiş nazir Ulyukayevin ev dustaqlığı barədə qərar qüvvədə saxlanılıb

Rusiyada keçmiş nazir Ulyukayevin ev dustaqlığı barədə qərar qüvvədə saxlanılıb
# 28 noyabr 2016 10:57 (UTC +04:00)

Moskva Şəhər Məhkəməsi keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin ev dustaqlığı ilə bağlı qərarı qüvvədə saxlayıb.

APA-nın “İnterfax”a istinadən verdiyi məlumata görə, A. Ulyukayevin vəkilinin şikayəti təmin olunmayıb.

Xatırladaq ki, noyabrın 15-də Rusiya İstintaq Komitəsi Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin 2 milyon dollar rüşvət alarkən saxlanıldığını açıqlayıb. Həmin gün onun barəsində ev dustaqlığı qərarı çıxarılıb.

Qərara əsasən, keçmiş iqtisadi inkişaf naziri qərar olmadan mənzildən çıxa, yaxın qohumları, vəkilləri və təhqiqatçılardan başqa kiminləsə ünsiyyətə girə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR