Bakıda Latviyanın Milli bayramı qeyd edilib

Bakıda Latviyanın Milli bayramı qeyd edilib
# 25 noyabr 2016 17:01 (UTC +04:00)

Latviya Azərbaycanla olan siyasi əməkdaşlığın səviyyəsindən məmnundur.

APA- nın məlumatına görə, bu sözləri Latviyanın Milli bayramı ilə əlaqədar keçirilən qəbulda Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.

Onun sözlərinə görə, bununla belə iqtisadiyyat sahəsində hələ də əməkdaşlıq üçün böyük imkanlar var: " Latviyanın Azərbaycanla əməkdaşlığa olan marağı uzunmüddətlidir. Biz bunun üçün üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirməyə çalışırıq. Əməkdaşlığın qarşılıqlı və çoxsahəli olmasına ümid edirik. Bunun üçün də yeni layihələr hazırlanır".

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Latviya ilə Azərbaycan arasında son illər əməkdaşlıq üçün yeni addımlar atıldığını bildirib: "Latviya həmçinin Azərbaycanla təhsil sahəsində əməkdaşlıq üçün yeni təkliflər verilib. Ticarət dövriyyəsində son vaxtlarda irəliləyişə nail olunub".

Mahmud Məmmədquliyev bu yaxınlarda Aİ nin Azərbaycanla yeni saziş üzrə danışıqların başlaması üçün mandatı təsdiqlədiyini deyib və bu istiqamətdəki səylərinə görə səfirə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR