Kabildə terrorçu-kamikadze özünü partladıb, ölənlər var

Kabildə terrorçu-kamikadze özünü partladıb, ölənlər var
# 26 iyul 2018 05:21 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze özünü partladıb.

APA-nın məlumatına görə, bu barədə “TOLO news” xəbər verib.

İlkin məlumata əsasən, terrorçunun hədəfində hərbçilər olub. Hadisə nəticəsində azı 4 nəfər ölüb, yaralananlar var. İnsidentin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR