Bank Of Baku

CNN: Bayden Şərqi Avropaya əlavə qoşun göndərilməsini təsdiqləyib

Co Bayden

© APA | Co Bayden

# 02 fevral 2022 18:28 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Şərqi Avropaya əlavə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə CNN ABŞ Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, qoşunların köçürülməsi yaxın günlərdə baş tutacaq.

CNN-in mənbələrinə görə, Polşada 2 min, Rumıniya da daxil olmaqla NATO-nun cənub-şərq cinahında daha bir neçə min hərbçi yerləşdiriləcək.

Pentaqonun yaxın vaxtlarda əlavə qüvvələrin yerləşdirilməsi barədə rəsmi açıqlama yayacağı gözlənilir.

“The Wall Street” jurnalı 3000-dən çox əsgərin avropalı müttəfiqlərlə həmrəylik nümayişi üçün göndəriləcəyini yazıb. Onlardan təxminən 2000-i Fort Braqqdan Polşa və Almaniyaya, daha 1000 əsgər isə Almaniyadan Rumıniyaya göndəriləcək. Bunun həftəsonunadək baş tutacağı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR