Bank Of Baku

Con Kennedinin qardaşı oğlu ABŞ prezidentliyinə namizəd olmaq istəyir

Con Kennedinin qardaşı oğlu ABŞ prezidentliyinə namizəd olmaq istəyir
# 04 mart 2023 08:07 (UTC +04:00)

ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür.

APA xəbər verir ki, bu barədə “Fox News” xəbər yayıb.

Nyu-Hempşirdə keçirilən tədbirdə çıxış edən 69 yaşlı Robert Kennedi bildirib ki, prezidentliyə namizədliyini irəli sürməkdə əsas maneə həyat yoldaşının razılığını almaq olub.

O, Robert Kennedinin (1925-1968) oğlu, keçmiş Amerika lideri Con Kennedinin (1917-1963) isə qardaşı oğludur. “Fox News” vurğulayıb ki, kiçik Robert Kennedi namizədliyinin Demokratlar Partiyasından irəli sürülməsi üçün müraciət etmək niyyətindədir.

O, vaksin əleyhinə hərəkatın lideri kimi tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR