Con Kirbi Fransadakı növbədənkənar parlament seçkisinə münasibət bildirib

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommuniksiyalar üzrə koordinatoru Con Kirbi

© APA | Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommuniksiyalar üzrə koordinatoru Con Kirbi

# 12 iyun 2024 09:52 (UTC +04:00)

“Avropa Parlamentinə keçirilən seçkiyə birmənalı yanaşmaq olmasa da, oradakı istənilən siyasi qüvvə ilə işləməyə hazırıq”.

APA-nın məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommuniksiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə bildirib.

O, həmçinin Fransa Prezidenti Emmanuel Makronun qərarı ilə təyin edilən növbədənkənar parlament seçkisinə də toxunub:

“Birləşmiş Ştatlar Avropa Parlamentindəki seçkilərə birmənalı yanaşmır. Avropanın özündə də bir çox siyasi qüvvələr eyni fikirdədir. Demokratiya məhz belə olur: hər kəs öz iradəsini açıq şəkildə ifadə edir. Avropanın Ali Qanunverici Orqanında hansı siyasi qüvvə təmsil olunacaqsa, Birləşmiş Ştatlar onunla səmərəli əməkdaşlıq qurmağa çalışacaq. Bu da həqiqətdir ki, biz hələ Avropa ilə ümumi maraqlar uğrunda birgə işləyə bilmirik, lakin Ukraynanın ərazi bütövlüyü və azadlığı kimi məsələlərdə mövqeyimiz eynidir. Oxşar yanaşma Fransa ilə münasibətlərə də aiddir. Orada hakimiyyətə yalnız demokratik yolla kimin gəlməsindən asılı olmayaraq, rəsmi Parislə hərtərəfli əməkdaşlıq edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR