“Unibank” albali.az saytının mobil versiyasını təqdim edib

“Unibank” albali.az saytının mobil versiyasını təqdim edib
# 16 iyul 2015 09:20 (UTC +04:00)

Bakı – Vüsal Nəbiyev - APA-Economics. “Unibank” mobil telefonların aktiv istifadəsini nəzərə alaraq albali.az saytının yeni mobil versiyasını müştərilərinin istifadəsinə verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, artıq hər kəs “Albalı plus” kartına dair geniş məlumatı albali.az saytına mobil telefonlarından daxil olaraq əldə edə biləcək.

İstifadəsi rahat və çevik olan saytın mobil versiyası istifadəçilərinə çoxsaylı imkanlar təqdim edir: ən son kampaniya və promo-aksiyalardan xəbərdar olmaq, “Şəxsi kabinet” vasitəsi ilə ödənişlərə nəzarət etmək, “Online məsləhətçi” xidmətinə qoşulmaq və həmçinin xüsusi kalkulyator vasitəsi ilə alış-verişlərin dəyərini öncədən hesablamaq.

Bundan əlavə “Albalı plus” kartına sahib olmaq istəyən, lakin banka müraciət etmək imkanında olmayan şəxslər, mobil telefonundan saytın “Kart sifarişi” bölməsinə daxil olub, sifariş formasını doldura bilərlər. “Partnyorlar” bölməsində isə “Albalı plus” kartının partnyorlar siyahısını asanlıqla əldə etmək mümkündür. Sayt smartfonlar üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR