Abşeron və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb

Abşeron və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb
# 23 dekabr 2019 22:22 (UTC +04:00)

Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.

Bu barədə APA-ya "Azərsu" ASC-dən məlumat verilib.

Hazırda ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR