Dominikan Respublikasının cənubunda göyərtəsində təxminən 200 kq kokain olan yüngülmühərrikli təyyarə sərt eniş edib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Dominikan Milli Narkotiklərin Dövriyyəsinə Nəzarət İdarəsi məlumat yayıb.
Məlumata görə, hadisə yerində zərərçəkən tapılmayıb, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik ticarəti şəbəkəsi təşkil etməkdə şübhəli bilinən təyyarə sahiblərinin və pilotların axtarışları ilə məşğuldur.
Qeyd edək ki, təyyarə Dominikana Cənubi Amerikadan gəlib.