Dominikan Respublikasının paytaxtı Santo-Dominqo yaxınlığında birmühərrikli təyyarə qəzaya uğrayıb.
APA-nın “Diaro Libre”yə istinadla xəbərinə görə, hadisə nəticəsində 9 nəfər həlak olub.
Onlardan altısı ABŞ, digərləri Dominikan vətəndaşlarıdır. İlkin məlumata görə təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra pilot nasazlığa görə geri qayıtmaq istəyib. Hadisənin səbəbləri araşdırılır.