Dövlət Departamenti Cənubi Koreyaya 3,5 milyard dollara 36 “Apache” helikopterinin satışını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Əməkdaşlığı Agentliyi məlumat yayıb.
“Dövlət Departamenti 3,5 milyard dollar həcmində Cənubi Koreyaya “Apache” helikopterləri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib”, - məlumatda deyilir.