Belarus prezidenti Aleksandr Lukaşenkonun Çinə gözlənilən səfəri Moskva ilə Pekin arasında əlaqələrin möhkəmlənməsinin növbəti təsdiqidir.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri bazar ertəsi ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi növbəti brifinqdə bildirib.
“Çin Xalq Respublikasının indi Lukaşenko ilə əlaqədə olması faktı ÇXR-in Rusiya ilə əlaqələrinin dərinləşməsinə işarə edən başqa bir elementdir” – Prays bildirib.
Prays həmçinin qeyd edib ki, Moskva və Pekin “artıq bir neçə ildir” əməkdaşlığı gücləndirir.