Dövlət Departamenti: Parlamentin Zurabişvilinin vetosunu ləğv etməsinin Gürcüstan üçün aydın nəticələri olacaq

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller

© APA | ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller

# 24 may 2024 09:56 (UTC +04:00)

Gürcüstan parlamentinin Prezident Salome Zurabişvilinin "Xarici təsir" qanununa vetosunu ləğv etməsinin Gürcüstan üçün aydın nəticələri olacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller "Amerikanın səsi"nə açıqlamasında bildirib.

O, qeyd edib ki, belə bir addımın atılması Gürcüstanın Avropa ölkələri ilə münasibətlərinə, həmçinin ölkənin Avro-Atlantik istəklərinə təsir edəcək.

Qeyd edək ki, parlamentin mayın 28-də prezidentin vetosunu ləğv etməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR