"Dünyada 76 milyon məcburi köçkün var" - BMT rəsmisi

"Dünyada 76 milyon məcburi köçkün var" - BMT rəsmisi
# 21 iyun 2024 22:16 (UTC +04:00)

BMT Baş Katibinin daxili köçkünlük probleminin həlli üzrə xüsusi müşaviri Robert Piper hazırda dünyada 76 milyon məcburi köçkünün olduğunu deyib.

APA xəbər verir ki, BMT-nin Cenevrə ofisində mətbuat konfransı təşkil edən Piper BMT Baş Katibi Antonio Quterreşin Daxili Köçkünlüklə bağlı fəaliyyətə planını işə salmasından təxminən iki il keçdiyini xatırladıb.

“Bu gün dünyada evlərini, dolanışıq mənbələrini itirmiş 76 milyon məcburi köçkün var” – deyən Piper təbii fəlakətlər nəticəsində didərgin düşən insanların qısa müddətdə öz evlərinə qayıtdığını, lakin Suriya və Somali kimi ölkələrdə qarşıdurmaların qurbanlarının uzun illər evlərindən uzaq qaldığını bildirib.

Onun sözlərinə görə son 10 ildə daxili yerdəyişmə nisbətləri iki dəfə artıb. Ən yüksək yerdəyişmə isə Sudandadır.

Ümumilikdə 116 ölkədə 76 milyon köçkün yaşadığı halda, onların 90 faizinin münaqişələr səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığı məlumdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR