Ekvador həbsxanasında toqquşmalarda 59 nəfər ölüb - YENİLƏNİB

Ekvador həbsxanasında toqquşmalarda 59 nəfər ölüb  - YENİLƏNİB
# 13 noyabr 2021 22:21 (UTC +04:00)

Ekvadorun Quayakil şəhərində yerləşən həbsxanada baş vermiş toqquşmada ölənlərin sayı 59 nəfərə çatıb.

APA-nın “Figaro”ya istinada xəbərinə görə, insident nəticəsində 12 dustaq yaralanıb. Əyalətin qubernatoru bildirib ki, xüsusi təyinatlıların müdaxiləsi sayəsində faciənin daha da böyüməsinin qarşısı alınıb.

****

19.39

Ekvadorun Quayakil şəhərində yerləşən həbsxanada baş vermiş toqquşmalarda ən azı 52 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “El Universo” qəzeti məlumat yayıb.

Bildirilib ki, ötən gün axşam həbsxanada qiyam başlayıb. Polis hələlik cəzaçəkmə müəssisəsində asayişin bərpa olunması barədə məlumat yaymayıb.

Xatırladaq ki, sentyabrın 28-də yuxarıda adıçəkilən həbsxanada müxtəlif dəstələrin nümayəndələri arasında toqquşmalar baş verib. Rəsmi məlumata görə, həmin vaxt 119 nəfər məhkum ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR