Bank Of Baku

Ekvador prezidenti xarici hərbi bazaların yaradılmasına qoyulan qadağanın aradan qaldırılmasını təklif edib

Ekvador prezidenti xarici hərbi bazaların yaradılmasına qoyulan qadağanın aradan qaldırılmasını təklif edib
# 18 oktyabr 2024 07:39 (UTC +04:00)

Ekvador prezidenti Daniel Noboa ölkədə xarici hərbi bazaların yaradılmasına qoyulan qadağanı aradan qaldırmaq üçün konstitusiyaya dəyişiklik edilməsi təklifini parlamentə təqdim edib.

APA xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, təklif olunan düzəliş terrorizm və cinayətlə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirəcək.

2008-ci ildə qəbul edilmiş konstitusiyaya Ekvadorda xarici bazaların yaradılmasını qadağan edən maddə daxil edilib. Noboa sentyabr ayında bu maddəni dəyişdirməyi planlaşdırdığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR