Ekvadorun cənubunda mədən yaxınlığında iki qruplaşma arasında baş verən toqquşma nəticəsində azı 5 nəfər ölüb, 3 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə ölkə polisi “X” hesabında məlumat yayıb.
Hüquq-mühafizə orqanları hadisədə iştirak edənləri axtarır.
“El Universo” qəzetinin məlumatına görə, qarşıdurmada iştirak edən qruplaşmalar son zamanlar ərazidə yerləşən mədənləri nəzarətə götürmək üçün bölgədə bir neçə hücum həyata keçirib.