“Mən Quayas və Esmeraldas əyalətlərində fövqəladə vəziyyət elan edirəm”.
APA-nın xəbərinə görə, bunu Ekvador prezidenti Qilermo Lasso televiziya ilə canlı çıxışında bildirib.
Daxili İşlər nazirliyi bildirib ki, son sutkada terror aktlarında ölən polislərin sayı beşə çatıb. Daha 2 polis əməkdaşı isə yaralıdır.
***
02.06
Ekvadorun qərbində hüquq-mühafizə orqanlarına qarşı gün ərzində 12 terror aktı həyata keçirilib.
APA xəbər verir ki, bu barədə ölkə prezidenti Qilermo Lasso məlumat verib.
Dövlət başçısı terror aktlarında 2 polisin həlak olduğunu, həbsxanalardan birində isə qiyam zamanı 7 nəzarətçinin girov götürüldüyünü bildirib.
Qilermo Lasso terror aktlarına görə ABŞ-a planlaşdırılan səfərini təxirə salıb.