Azərbaycan dövlət satınalmaları sahəsində xarici təcrübəni öyrənir

Azərbaycan dövlət satınalmaları sahəsində xarici təcrübəni öyrənir
# 19 sentyabr 2017 08:08 (UTC +04:00)

Tbilisidə Avropa Yenidənqurma və İnkişaf Bankının təşkilatçılığı ilə Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələri üçün dövlət satınalmaları üzrə regional seminar başlayıb.


APA-nın Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanı tədbirdə İqtisadiyyat Nazirliyinin əməkdaşları Bahadır Qasımov və Arzu Əliyev, XİN nümayəndəsi Nemət Əliyev təmsil edir.



B. Qasımov APA-ya açıqlamasında bildirib ki, seminarda iştirakın əsas məqsədi digər dövlətlərin satınalmalar sahəsindəki təcrübəsi ilə tanış olmaqdır.

Seminarda çıxış edən Gürcüstanın maliyyə nazirinin müavini Nikoloz Qoqua ölkədə satınalmalar sahəsində həyata keçirilmiş islahatlardan danışıb. O, seminarın keçirilməsinin təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.


Regional seminar sentyabrın 22-nə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR