Elçin Əfəndiyevin “Baş” romanı Dövlət Mükafatına təqdim edilib

Elçin Əfəndiyevin “Baş” romanı Dövlət Mükafatına təqdim edilib
# 28 noyabr 2017 14:43 (UTC +04:00)

Baş nazirin müavini, yazıçı Elçin Əfəndiyevin “Baş” romanı Dövlət Mükafatına təqdim edilib.

Bu barədə APA-ya Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib. Toplantıda bir sıra məsələlərlə yanaşı, Dövlət Mükafatına təqdim ediləcək əsər müzakirə edilib.

Xalq yazıçısı Elçinin “Baş” romanının 2018-ci il Dövlət Mükafatı Komissiyasına təqdim edilməsi təklif edilib, məsələ səsə qoyulub və qərar qəbul olunub.

Qeyd edək ki, ötən il "Azərbaycan" jurnalında çap edilən roman daha sonra kitab şəklində nəşr edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR