Bank Of Baku

Ərdoğan bölgədə sülhün təmin olunması üçün Trampla əməkdaşlığı davam etdirəcəklərini deyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 13 iyul 2026 19:34 (UTC +04:00)

Türkiyə-ABŞ münasibətlərinin gücləndirilməsi üçün Trampla əməkdaşlığı davam etdirəcəyik.

APA-nın İstabul bürosu xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı səsləndirib.

Türkiyə lideri 36-cı NATO Liderlər Zirvəsi çərçivəsində ABŞ Prezidenti Donald Trampın dövlət başçısı səviyyəsində 17 ildən sonra Türkiyəyə etdiyi rəsmi səfəri məmnunluqla qarşıladığını bildirərək, bunu əlamətdar hadisə kimi qiymətləndirib.

“İstər Türkiyə-ABŞ münasibətlərinin daha da möhkəmləndirilməsi, istər ikitərəfli ticarət dövriyyəmizin 100 milyard dollar hədəfinə çatdırılması, istərsə də bölgəmizdə sülhün və sabitliyin təmin olunması istiqamətində cənab Trampla birlikdə çalışmağa davam edəcəyik”, – Ərdoğan qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR