Qusarda məktəbin idman zalının divarı uçub

Qusarda məktəbin idman zalının divarı uçub
# 24 noyabr 2017 12:01 (UTC +04:00)

Qusar rayonunda məktəbin idman zalının divarı uçub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə dünən səhər saatlarında Quxuroba kənd tam orta məktəbində baş verib.

Məktəb direktoru Rasid Tahirov APA-nın yerli bürosuna faktı təsdiqləyib: “Xoşbəxtlikdən həmin vaxt orda şagirdlərdən heç kim olmayıb. İdman zalının fəaliyyəti dayandırılıb, həmin əraziyə giriş qadağan olunub”.

R.Tahirov bildirib ki, məktəb binası 1989-cu ildə tikilib, 1990-cı ildə istifadəyə verilib. O vaxtdan bəri təhsil ocağında heç bir təmir-tikinti işi aparılmayıb. Məktəb direktoru məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunduğunu və əraziyə baxış keçirildiyini deyib.

Qeyd edək ki, Quxuroba kənd tam orta məktəbində 380 şagird təhsil alır. Onların tədrisi ilə 41 müəllim məşğul olur. Ətraf bir neçə kəndin uşaqları da təhsil almaq üçün bu məktəbə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR