Bank Of Baku

Ermənistan və ABŞ Baş Qərargah rəisləri regional təhlükəsizliyi müzakirə ediblər

ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun - Ermənistan Ordusunun Baş Qərargah rəisi Edvard Asryan

© APA | ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun - Ermənistan Ordusunun Baş Qərargah rəisi Edvard Asryan

# 17 oktyabr 2024 14:09 (UTC +04:00)

Vaşinqtonda səfərdə olan Ermənistan Ordusunun Baş Qərargah rəisi Edvard Asryanla ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunla görüşüb.

APA-nın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə olunub.

Tərəflər müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığının inkişaf etdiyini qeyd ediblər.

Çarlz Braun bildirib ki, ABŞ Ermənistan Silahlı Qüvvələrinin transformasiyası və islahatları prosesinə dəstəyini davam etdirəcək.

Eyni zamanda, görüşdə birgə tədbirlərin davam etdirilməsinin vacibliyi müzakirə olunub və regional təhlükəsizliklə bağlı bir sıra məsələlərə də toxunulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR