1954-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminqueyin kiçik oğlu Patrik Heminquey vəfat edib.
APA xəbər verir ki, yazıçının ölümü haqqında məlumatı “The New York Times” nəşri yayıb.
Patrik Heminquey Heminqueyin sağ qalan son övladı idi. O, ABŞ-ın Montana ştatındakı evində vəfat edib. Onun ölümünü Heminquey ailəsinin nümayəndəsi Bettina Klinger təsdiqləyib.