Bank Of Baku

“Facebook” koronavirusla bağlı yalan məlumat yayan 18 milyon statusu silib

“Facebook” koronavirusla bağlı yalan məlumat yayan 18 milyon statusu silib
# 19 avqust 2021 04:24 (UTC +04:00)

“Facebook” şirkəti koronavirusla bağlı yalan məlumatlar yayan 18 milyon statusu silib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin qurucusu Mark Zukerberq CBS telekanalına müsahibəsində bildirib.

Sahibkar statuslar silinməmişdən əvvəl bu qeydləri görən istifadəçilərin sayını açıqlamayıb. 

M.Zukerberq əlavə edib ki, yalan məlumatlar yaymaq şirkətin siyasətinə ziddir: “Platformamızda təhlükəli, yanlış məlumat görsək, onu silirik. Bununla belə yenə də "səhv” etməyə səy göstərənlər olur”.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR