ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz keçib

ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinqi insidentsiz keçib
# 22 iyul 2015 13:10 (UTC +04:00)

Bakı - APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 22-də Tərtər rayonu ərazisində qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR