Bank Of Baku

Finlandiya ABŞ-dan "F-35" qırıcıları almaq üçün müqavilə imzalaya bilər

Finlandiya ABŞ-dan "F-35" qırıcıları almaq üçün müqavilə imzalaya bilər
# 11 fevral 2022 08:41 (UTC +04:00)

Finlandiyanın Amerika Birləşmiş Ştatlarından “F-35” qırıcı təyyarələri alması ilə bağlı rəsmi razılaşma bu gün imzalana bilər.

APA xəbər verir ki, bu barədə ABŞ-dakı mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Finlandiyanın Vaşinqtondakı səfiri Mikko Hautala öz növbəsində bildirib ki, bu, Finlandiyanın həmişə öz milli müdafiəsinə nə qədər ciddi yanaşdığının bariz göstəricisidir.

“Bu, uzunmüddətli planlaşdırmanın bir hissəsidir və Avropadakı mövcud vəziyyətlə heç bir əlaqəsi yoxdur”,-deyə səfir əlavə edib. O, sövdələşmənin mümkün imzalanma vaxtı ilə bağlı məlumatı şərh etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR