ABŞ Ədliyyə Nazirliyi Federal Təhqiqatlar Bürosunun (FTB) 2013–2017-ci illərdə rəhbəri olmuş Ceyms Komini milli təhlükəsizliyə aid məlumatları qanunsuz ötürməkdə ittiham edib.
APA xəbər verir ki, ittiham sənədinə əsasən, Komi 2016-cı ilin oktyabrında müdafiə ilə bağlı məlumatları bu məlumatlara çıxışı olmayan şəxsə ötürüb və bunun üçün bir və ya bir neçə şəxslə əlbir olub.
“Reuters”in məlumatına görə, Komi təqsirini qəbul etməyib, vəkilləri isə ittihamların ləğvi üçün məhkəməyə müraciət ediblər.